14 may 2025. Çərşənbə

"Zenit" İstanbul nəhəngi ilə əməkdaşlığı genişləndirib


"Zenit" İstanbul nəhəngi ilə əməkdaşlığı genişləndirib

Rusiya çempionu "Zenit" klubu "Fənərbağça" klubu ilə əməkdaşlığını uzadıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisi mətbuat xidməti məlumat yayıb.

Klublar ilk kişi və qadın futbol komandaları və akademiyalar səviyyəsində qurulmuş əməkdaşlığı 3 il davam etdirəcəklər. Və digər idman növləri üzrə təcrübə mübadiləsi aparacaqlar.

Rusiya və Türkiyənin top klubları arasında əvvəlki müqavilə 2023-cü ilin martında imzalanıb. "Fənərbağça" "Zenit"in təşkil etdiyi yay yoldaşlıq turnirində iştirak edib. 2024-cü ilin payızında “Zenit” “Fənərbağça” ilə yoldaşlıq oyunu üçün İstanbula gəlib. Türkiyə çempionatında “Fənərbaxça” “Qalatasaray”la çempionluq uğrunda mübarizə aparır və ikinci yerdədir.







Rusiya P.L.

Karpin Rusiya klubundan ayrıldı
  • Rusiya P.L.
  • 20:10 25.02.2025
Karpin Rusiya klubundan ayrıldı