- Rusiya P.L.
- 22:53 29.06.2025
Rusiyanın “Axmat” klubunun yarımmüdafiəçisi Leçi Sadulayev İtaliya nəhəngi “Milan”ın diqqət mərkəzinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə futbol şərhçisi Adəm Əhmədov “Match Premier”ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı rusiyalı futbolçunu bir neçə ölkədən təxminən on klub fəal şəkildə izləyir.
“Sadulayevin oyununa maraq göstərən komandalar arasında “Milan” da var. Klub onun çıxışlarını yaxından izləyir və bu, müəyyən mənada rəsmi marağa çevrilə bilər,” – deyə Əhmədov qeyd edib.
Qeyd edək ki, Leçi Sadulayev cari mövsümdə “Axmat”ın əsas oyunçularından biri olub və Premyer Liqada sabit çıxışı ilə diqqət çəkib.