- Rusiya P.L.
- 19:22 08.06.2025
Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Dani Alveş Rusiyaya köçür.
90deqiqe.Az-ın “Mash"a istinadən yaydığı məlumata görə, 42 yaşlı futbolçu karyerasını Media Liqa klublarından birində davam etdirəcək. Hazırda tərəflər futbolçunun qonorarının ödənilməsi ilə bağlı danışıqlar aparır. Alveş məbləğin bir dəfəlik ödənilməsini istəyir, klub isə ödənişi iki hissəyə bölmək niyyətindədir.
Qeyd edək ki, Alveşin peşəkar karyerasındakı son klubu Meksikanın “UNAM Pumas” komandası olub. O, daha əvvəl “Barselona”, “Yuventus”, PSJ və digər klubların da formasını geyinib.