5 dekabr 2025. Cümə

ÇSKA-nın yeni baş məşqçisi bəlli oldu


ÇSKA-nın yeni baş məşqçisi bəlli oldu

Moskva ÇSKA-sının yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, Rusiyanın köklü klubu "sükanı" isveçrəli mütəxəssis Fabio Selestiniyə həvalə edilib.

49 yaşlı çalışdırıcı ÇSKA ilə 2 illik müqavilə imzalayıb. Müqavilədə daha bir illik uzadılma opsiyası da nəzərdə tutulur.

Selestini iyunun 22-də ÇSKA-nın Novoqorskdakı təlim-məşq bazasında komanda ilə işə başlayacaq.

Təcrübəli mütəxəssis son olaraq vətəni İsveçrədə “Bazel” klubunu çalışdırıb və geridə qalan mövsümdə komandası ilə İsveçrə çempionu olub. 

Qeyd edək ki, “ordu klubu” baş məşqçi axtarışına Rusiya Kubokunun qazanılmasından az sonra start verməli olub. Belə ki, serbiyalı mütəxəssis Marko Nikoliç vəzifəsindən istefa vermək qərarına gəlib. O, paytaxt klubunu cəmi bir mövsüm çalışdırmışdı.







Rusiya P.L.