15 iyul 2025. Çərşənbə axşamı

"Spartak"ın məşqçilər korpusunda dəyişiklik


"Spartak"ın məşqçilər korpusunda dəyişiklik

45 yaşlı məşqçi Nenad Corceviç Moskva "Spartak"ının yeni məşqçisi olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, serb mütəxəssis "Spartak"ın baş məşqçisi Deyan Stankoviçin heyətinə daxil olacaq.

Qeyd olunur ki, Yuqoslaviya və Serbiya və Monteneqro yığmalarının sabiq müdafiəçisi UEFA A məşqçilik lisenziyasına malikdir və mütəxəssis hazırda UEFA Pro kateqoriyası üzrə hazırlıq keçir.

2023-cü ilin yayından Nenad Cordjevic BƏƏ-dən olan "Əl-Vasl"da köməkçi məşqçi kimi çalışır. Bu müddət ərzində Dubay klubu ölkə çempionluğunu və Prezident Kubokunu qazanıb.







Rusiya P.L.

Abraham "Zenit"in təklifini rədd edib
  • Rusiya P.L.
  • 22:53 29.06.2025
Abraham "Zenit"in təklifini rədd edib