4 iyul 2026. Şənbə

Murad Musayev 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib


Murad Musayev 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib

"Krasnodar"a rəhbərlik edən rusiyalı mütəxəssis Murad Musayev Winline "RPL Qəhrəmanları" mükafatında 2024/2025 mövsümünün Rusiya Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə RPL teleqram kanalı məlumat yayıb.

41 yaşlı mütəxəssisin rəhbərliyi altında "öküzlər" ötən mövsüm Rusiya çempionu olublar. Musayevin komandası 30 turdan 67 xal toplayıb.

Musayev mükafatı Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun əlindən alıb.

41 yaşlı məşqçi 2024-cü ilin martında Krasnodara qayıdıb. Bundan əvvəl, 2021-ci ilin oktyabrından Musayev Azərbaycanın "Sabah"ına rəhbərlik edib. 2018-2021-ci illərdə rusiyalı mütəxəssis "öküzlər"in baş məşqçisi vəzifəsini də icra edib.







Rusiya P.L.

“Zenit” onunla müqaviləni uzatdı
  • Rusiya P.L.
  • 22:57 02.06.2026
“Zenit” onunla müqaviləni uzatdı
Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi