9 iyul 2025. Çərşənbə

Abraham "Zenit"in təklifini rədd edib


Abraham "Zenit"in təklifini rədd edib

“Roma”nın hücumçusu Temmi Abraham “Zenit”dən gələn təklifi rədd edib

90deqiqe.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 27 yaşlı futbolçu üçün “Roma”ya 20 milyon avro təklif edib. Lakin hücumçunun özünə təqdim olunan, mövsümə 5 milyon avro məvaciblə üç illik müqavilə təklifi rədd olunub.

Ötən mövsüm forvard icarə əsasında "Milan"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 45 matçda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Rusiya P.L.

Abraham "Zenit"in təklifini rədd edib
  • Rusiya P.L.
  • 22:53 29.06.2025
Abraham "Zenit"in təklifini rədd edib