5 dekabr 2025. Cümə

"Beşiktaş"ın sabiq futbolçusu Rusiyada ən yaxşı seçildi


"Beşiktaş"ın sabiq futbolçusu Rusiyada ən yaxşı seçildi

“Spartak Moskva” klubunun yarımmüdafiəçisi Cedson Fernandeş sentyabr ayının yekunlarına görə komandanın ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlərin səsverməsində 50 faiz səs toplayıb.

Portuqaliyalı futbolçu sentyabr ayında bütün turnirlər çərçivəsində dörd oyunda meydana çıxıb və “Pari NN” komandasının qapısına dubl edib. Ümumilikdə isə yarımmüdafiəçinin “qırmızı-ağlar”ın heyətində keçirdiyi 11 matçda 5 qolu və 1 məhsuldar ötürməsi var.

“Spartak” növbəti oyununu oktyabrın 18-də keçirəcək. Dejan Stankoviçin rəhbərlik etdiyi komanda Rusiya Premyer Liqasının 12-ci turu çərçivəsində evdə “Rostov”u qəbul edəcək. Qarşılaşma Moskva vaxtı ilə saat 15:15-də start götürəcək.







Rusiya P.L.