- Rusiya P.L.
- 21:11 17.11.2025
Moskva “Spartak”ı baş məşqçi Dejan Stankoviçlə yollarını ayırıb və yeni çalışdırıcı axtarışlarını davam etdirir.
90deqiqe.Az “Metaratings”ə istinadən xəbər verir ki, klubun agentləri xorvat mütəxəssis İqor Tudora müraciət etsələr də, onun nümayəndələri bildiriblər ki, Rusiya Premyer Liqasında işləmək bu mərhələdə prioritet deyil. Tudor əsasən Avropanın top-liq klublarından gələcək təklifləri gözləyir.
Dejan Stankoviçin istefasından sonra “Spartak”ın müvəqqəti baş məşqçisi Vadim Romanov olub. Hazırda “qırmızı-ağlar” Premyer Liqada altıncı sırada qərarlaşıblar. Komandanın növbəti qarşılaşması noyabrın 22-də ÇSKA ilə derbi matçıdır.