7 aprel 2025. Bazar ertəsi

Şeydayev oynamadı, komandası xal itirdi


Şeydayev oynamadı, komandası xal itirdi
Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo Moskva" növbəti matçına çıxıb. 
 
Sözügedən komanda öz doğma meydanda digər azərbaycanlı futbolçu Azər Əliyevin komandası - “Ufa” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 0:0.
 
Azərbaycanlı futbolçular bu oyunun iştirakçısı olmayıblar. Həm Ramil, həm də Azər oyunu sonadək ehtiyat skamyasından izləyib
 
Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla 11-ci, “Ufa” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.






Rusiya P.L.