- Rusiya P.L.
- 22:35 25.12.2025
İtaliyalı hücumçu Lorentso İnsinyenin agenti Andrea D’Amiko futbolçunun Rusiya Premyer Liqasının top-klublarından birinə keçə biləcəyini açıqlayıb.
90deqiqe.Az-ın "Sport24"ə istinadən məlumatına görə, o, hazırda Rusiyadan konkret təklif olmadığını, lakin İnsinyenin yalnız RPL-in lider komandalarından gələcək təklifləri qiymətləndirməyə hazır olduğunu bildirib.
34 yaşlı Lorenzo İnsiqnə bu yay "Toronto" klubundan ayrılıb və hazırda azad agent statusundadır. Futbolçu əsasən "Napoli"dəki çıxışları ilə tanınır. O, bu klubda 434 rəsmi oyunda 122 qol vurub və 95 məhsuldar ötürmə edib.