2 yanvar 2026. Cümə

"Spartak" və "Lokomotiv"in sabiq futbolçusu vəfat edib


"Spartak" və "Lokomotiv"in sabiq futbolçusu vəfat edib

Moskva “Spartak” və “Lokomotiv”in keçmiş futbolçusu Muxsin Muxamadiev 59 yaşında dünyasını dəyişib.

90deqiqe.Az-ın "TASS"a istinadən məlumatına görə, bu barədə Muxamadievin həyat yoldaşı Moxira Muxamadievaya bildirib:

“Bəli, bu, bu gün axşam baş verdi”.

Qeyd edək ki, noyabr 2025-ci ildə Muxsin Muxamadiev reanimasiya şöbəsinə yerləşdirilmiş və ağır vəziyyətdə olmuşdu.

Muxamadievin futbolçu karyerası Tacikistanın “Pamir”, Türkiyənin “Ankaragücü”, Moskva və Nijqorodun “Lokomotiv”, Avstriyanın “Austria”, Moskvanın “Torpedo”, Özbəkistanın “Səmərqənd” və digər klubları əhatə edib. Oyunçu karyerasını bitirdikdən sonra Podolsk “Vityaz”, Tacikistan milli komandası, “İstiklol” və digər klublarda məşqçi, həmçinin Kazan “Rubin”də idman direktoru kimi fəaliyyət göstərib.







Rusiya P.L.