- Rusiya P.L.
- 23:38 21.01.2026
“Real”ın yetirməsi və sabiq futbolçusu Dani Fernandeş karyerasına Rusiyada davam edəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Krılya Sovetov” klubu 28 yaşlı müdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Dani Fernandeş 2012–2015-ci illərdə “Kral klubu”nun gənclər komandalarında çıxış edib. Peşəkar karyerası ərzində futbolçu İspaniyanın “Merida”, “Fuenlabrada”, “Badaxos” və “Rasinq” klublarının formasını geyinib. Ötən mövsüm isə ispaniyalı futbolçu “Ximki” komandasında çıxış edib.
Latereal mövqeyində oynayan Fernandeş Rusiya Premyer Liqasında ümumilikdə 20 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 2025/2026 mövsümünün ilk yarısını isə Yunanıstanın “Asteras” klubunda keçirib.