- Rusiya P.L.
- 22:05 09.02.2026
Rusiyanın “Zenit” futbol klubu hücumçu Con Duranın heyətə cəlb olunduğunu açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu keçidlə bağlı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə razılıq əldə edib. Razılaşmaya əsasən, 22 yaşlı futbolçu 2025/2026 mövsümünün sonunadək icarə əsasında “Zenit”in formasını geyinəcək.
Qeyd edək ki, Con Duran son olaraq Türkiyənin “Fənərbağça” klubunda çıxış edib.