- Rusiya P.L.
- 22:20 13.02.2026
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ötən mövsüm üçün Rusiya Futbol İttifaqına (RFİ) 9 milyon avrodan çox məbləğdə həmrəylik ödənişi köçürüb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə UEFA-nın maliyyə hesabatında qeyd olunub.
Qurum RFİ-yə "HatTrick VI" proqramı çərçivəsində 2,5 milyon avro vəsait ayırıb. Bu, futbol infrastrukturuna investisiya məqsədilə nəzərdə tutulmuş birdəfəlik ödənişdir. Sözügedən proqram 2024–2028-ci illəri əhatə edir.
Bundan əlavə, "HatTrick VI" proqramında müəyyən edilmiş uğurlara görə RFİ-yə 2,75 milyon avro ödənilib. UEFA həmçinin 4,224 milyon avro məbləğində əlavə vəsait köçürüb. Bu ödəniş UEFA-nın himayəsi altında keçirilən üç əsas kişi klub turnirinin ümumi mərhələlərində iştirak etməyən klublar üçün nəzərdə tutulur.
Beləliklə, ümumi ödəniş məbləği 9 milyon avronu ötüb.