7 aprel 2026. Çərşənbə axşamı

“Karyeramda Moskva “Spartak”ına keçmək variantı vardı”


“Karyeramda Moskva “Spartak”ına keçmək variantı vardı”

“Çelsi”nin sabiq hücumçusu Co Koul vaxtilə Moskva “Spartak”ına keçmə ehtimalı olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Beast Mode On" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bir hekayə danışacağam, heç bilmirəm bu haqda kimsə eşidib, ya yox. Atam bunu mənə illər sonra danışdı, çünki o dövr çox qarışıq idi. Klubda belə qərar vermişdilər ki, Veron əsas heyətdə oynaya bilər, biz isə bu vaxt Britaniyanın ən yaxşı gənc futbolçularını alaq. Qlen Conson, Demyen Daff, mən – mövsümə harada başlayacağımızla bağlı heç bir düşüncəmiz yox idi. Sonra atamdan soruşublar ki, o, icarə əsasında Moskva “Spartak”ına getmək istəyərmi? Atam isə cavab verib: “O, “Spartak”a icarəyə getməyəcək”. Atam deyib: “O, sizin əsas heyətdə oynayacaq, buna şübhəniz olmasın”. Onlar mənim agentimlə danışıb soruşublar ki, bəlkə bunu ona deyək? Amma müqavilə artıq imzalandığı üçün qərara alıblar ki, mənə heç nə deməsinlər. Nəticədə həmin mövsüm 50 oyun keçirdim”, – deyə Koul bildirib.

Qeyd edək ki, Co Koul 2003–2010-cu illərdə “Çelsi”nin formasını geyinib. Bu müddət ərzində ingilis futbolçu 282 oyunda iştirak edib, 39 qol vurub və 47 məhsuldar ötürmə verib.







Rusiya P.L.

“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi