20 aprel 2026. Bazar ertəsi

"Zenit" liderliyi ələ aldı


"Zenit" liderliyi ələ aldı

Rusiya Premyer Liqasında 25-ci turun yekunlarından sonra "Zenit" turnir cədvəlinin zirvəsinə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, buna Sankt-Peterburq təmsilçisinin Mahaçqala “Dinamo”su üzərində 1:0 hesablı qələbəsi, həmçinin “Krasnodar” klubunun “Baltika” ilə oyunda xal itkisi (2:2) səbəb olub.

Hazırda Sergey Semakın rəhbərlik etdiyi komanda 55 xalla birinci pillədə qərarlaşıb. “Krasnodar” isə 54 xalla ikinci yerdədir.

Mövsümün sonuna qədər “Zenit” “Lokomotiv” (22 aprel), “Axmat” (26 aprel), CSKA (2 may), “Soçi” (10 may) və “Rostov” (17 may) ilə qarşılaşacaq.

Murad Musayevin çalışdırdığı “Krasnodar” isə qalan turlarda “Spartak” (23 aprel), Mahaçqala “Dinamo”su (26 aprel), “Akron” (3 may), Moskva “Dinamo”su (11 may) və “Orenburq” ilə (17 may) üz-üzə gələcək.

Qeyd edək ki, çempionluq uğrunda mübarizə son turlarda daha da gərgin xarakter alacaq.







Rusiya P.L.

"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi