- Rusiya P.L.
- 23:34 14.05.2026
"Zenit" klubunun hücumçusu Con Duran komandanın düşərgəsini tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi teleqram kanalı məlumat yayıb.
"Bununla bağlı klub rəhbərliyi və kolumbiyalı hücumçu şəxsi səbəblər nəzərə alınaraq futbolçunun komandadan müvəqqəti ayrılması barədə razılığa gəliblər", - deyə açıqlamada bildirilir.
Futbolçunun komandaya nə vaxt qayıdacağı açıqlanmayıb.
"Zenit"in mövsümün sonuna qədər yalnız bir oyunu qalıb - "Rostov"a qarşı. "Zenit" qış transfer pəncərəsi dövründə Duranı "Əl-Nəsr"dən icarəyə götürüb.
O, komandada doqquz oyun keçirib və iki qol vurub. Daha əvvəl Duranın agentinin "Qalatasaray"la danışıqlar apardığı İstanbula uçduğu bildirilirdi.