17 may 2026. Bazar günü

“Zenit” yenidən Rusiya çempionu oldu


“Zenit” yenidən Rusiya çempionu oldu

“Zenit” futbol üzrə Rusiya Premyer Liqasının son turunda "Rostov" üzərində minimal hesablı qələbə qazanaraq ölkə çempionu olub.

90deqiqe.Az xəbər verir ki, görüş “Zenit”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Sankt-Peterburq təmsilçisi 30 tur ərzində topladığı 68 xalla mövsümü turnir cədvəlinin zirvəsində tamamlayıb.

Sergey Semakın rəhbərlik etdiyi kollektiv ikinci pillədə qərarlaşan Krasnodar klubunu cəmi iki xal qabaqlayıb. Mövsümün böyük hissəsində ikinci sırada yer alan “Zenit” son turlarda rəqibinin xal itkisini dəyərləndirərək liderliyi ələ keçirib.

Qeyd edək ki, ötən mövsüm Rusiya çempionu olan “Krasnodar” bununla “Zenit”in altı illik hegemonluğuna son qoymuşdu. Lakin bu dəfə Sankt-Peterburq təmsilçisi titulu yenidən özünə qaytarıb.

Bununla da “Zenit” tarixində 11-ci dəfə Rusiya çempionu adına sahib çıxıb.







Rusiya P.L.

Con Duran "Zenit"dən ayrıldı
  • Rusiya P.L.
  • 23:34 14.05.2026
Con Duran "Zenit"dən ayrıldı
"Zenit" liderliyi ələ aldı
  • Rusiya P.L.
  • 22:46 19.04.2026
"Zenit" liderliyi ələ aldı
“Zirə”ni Rusiya klubuna dəyişdi
  • Rusiya P.L.
  • 15:00 17.02.2026
“Zirə”ni Rusiya klubuna dəyişdi