- Rusiya P.L.
- 22:57 02.06.2026
“Zenit” yarımmüdafiəçi Aleksandr Yeroxinlə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Rusiya çempionunun mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən, tərəflər arasında imzalanan müqavilə bir il müddətinə nəzərdə tutulub.
Yeroxin hazırkı “Zenit” heyətinin ən təcrübəli futbolçularından biridir. O, 2017-ci ildə “Rostov”dan Sankt-Peterburq təmsilçisinə transfer olunub. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində “Ural”, “Krasnodar” və digər Rusiya, eləcə də xarici klubların da formasını geyinib.
Aleksandr Yeroxin “Zenit”də çıxış etdiyi illər ərzində ümumilikdə 273 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 46 qol vurub, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Yeroxin mövsümün sonlarına yaxın komanda üçün həlledici qollardan birinin müəllifi olub. O, çempionatın 29-cu turunda “Soçi” üzərində 2:1 hesablı qələbə ilə başa çatan matçda vacib qol vurub.