- Rusiya P.L.
- 19:19 03.08.2026
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, Rusiyanın I Liqa təmsilçisi "Şoçi" klubu 29 yaşlı hücumçunun transferini rəsmiləşdirib.
Bildirilib ki, tərəflər arasında imzalanan müqavilə 2026/2027-ci il mövsümünün sonunadək qüvvədə olacaq. Azərbaycan millisinin üzvü yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycan çempionu "Qarabağ"ın formasını geyinib.