- Transfer
- 18:38 24.11.2024
“Qarabağ” qışda komandadan gedəcəyi ehtimal edilən futbolçularla bağlı açıqlama verib.
Qeyd edək ki, qışda bolqarıstanlı yarımmüdafiəçi Simeon Slavçevin komandadan ayrılacağı gözlənilir. Bundan başqa, bosniyalı qapıçı Asmir Beqoviç bu günlərdə bildirib ki, yanvarın 1-də “Qarabağ”la müqaviləsi başa çatdığı üçün İngiltərəyə qayıdacaq. Amma o, müqavilə ilə məxsus olduğu “Bornmut”la Ağdam klubu arasında razılıq olarsa, Azərbaycanda qalmaq istədiyini də söyləyib.
“Qarabağ”ın direktoru Əmrah Çelikel qol.az-a açıqlamasında bildirib ki, hər iki məsələyə qış fasiləsi zamanı baxılacaq:
“Əlbəttə, bu zaman baş məşqçimizin qərarı əsas olacaq. İndiyə kimi Slavçevlə bağlı hansısa rəsmi təklif almamışıq. Beqoviçə gəlincə, onunla bağlı danışıqlar aparmağımız mümkündür. Ancaq futbolçunun qiymətinin “Qarabağ”ın transfer üçün büdcəsindən çox üstün olacağı bəllidir. Hər iki futbolçuyla bağlı məsələ yanvarın 5-də başlayacaq təlim-məşq toplanışına kimi müəyyənləşəcək”.