20 aprel 2026. Bazar ertəsi

Özbəkistan millisinin futbolçusu Keşlə'də


  • Transfer
  • 12:22 11.12.2019
  • Oxunma sayı: 469
Özbəkistan millisinin futbolçusu Keşlə'də

"Keşlə" klubu heyətini yeni futbolçu cəlb edib. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Paytaxt təmsilçisi özbəkistanlı futbolçu Şohruh Qadoyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Qadoyev Özbəkistan millisində çıxış edir. O, karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Əl-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub. Qadoyev Özbəkistan yığmanın heyətində 14 oyun keçirib və 1 qol vurub.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro