20 aprel 2026. Bazar ertəsi

Trabzonspor Neftçi'nin göndərdiyi futbolçunu aldı – 1 milyona


  • Transfer
  • 13:53 11.12.2019
  • Oxunma sayı: 564
Trabzonspor Neftçi'nin göndərdiyi futbolçunu aldı – 1 milyona

“Trabzonspor” Türkiyə birinci liqasında yarışan “Eskişehirspor”un futbolçusu Jesse Sekidikanı heyətinə cəlb edib.

Corner.az-ın xəbərinnə görə, “Haberturk” saytı 23 yaşlı nigeriyalı yarımmüdafiəçi üçün 1 milyon avro təzminat ödənildiyini yazıb.

Qeyd edək ki, Jesse Sekidika bu ilin yanvarında Antalyadakı təlim məşq toplanışı zamanı “Neftçi”də baxışda olub. Lakin baş məşqçi Roberto Bordin onu bəyənmədiyindən futbolçu ilə müqavilə bağlanmayıb.

O, Rumıniyanın "Qaz Metan” klubu ilə yoxlama matçında (3:0) iştirak da edib. Lakin futbolçunun oyunu Bordini qane etməyib və "Neftçi"dən göndərilib. 

Bundan sonra nigariyalı futbolçu “Eskişehirspor”a keçib. O, keçən mövsüm 13 matçda 6 qol vurub. Bu mövsümə də Sekidika əla başlayıb. O, 14 matçda 8 qol vurub, 2 qolun isə ötürməsini edib.(qol)







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro