- Transfer
- 22:18 11.05.2026
"Yuventus" qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi Barselona"nın futbolçusu İvan Rakitiçi transfer etmək istəyir. 31 yaşlı yarımmüdafiəçi komandanın əsas heyətində az şans verildiyi üçün Kataloniya klubundan ayrılmağa razıdır.
Qeyd edək ki, xorvatiyalı futbolçu 2014-cü ildən "Barselona"da çıxış edir.