22 oktyabr 2024. Çərşənbə axşamı

Özil Türkiyə klubuna keçir?


  • Transfer
  • 14:12 22.12.2018
  • Oxunma sayı: 591
Özil Türkiyə klubuna keçir?

Arsenal'ın türk əsilli almaniyalı futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Corner.az məlumat verir ki,Başakşəhər klubu qış transfer pəncərəsi zamanı təcrübəli futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Mesut Özilin Unai Emery ilə yola getməməsi səbəbiylə London klubu və futbolçunun özüdə bu təklifə müsbət baxdığı bildirilir.Başakşəhər klubunun prezidenti Göksəl Gümüşdağın Bild'ə müsahibəsində Özilin transferi haqqında fikirlərini bildirib: 'Ümid edirəm ki, bir gün yolumuz kəsişər. Gəlmək istəsə onu ala bilmək üçün əlimizdən gələn hər şeyi edərik '' deyib.

Qeyd edək ki, 2013-ci ildən "Arsenal"da çıxış edən Özilin klubu ilə 2021-ci ilə qədər müqaviləsi var.






Transfer