- Transfer
- 18:38 24.11.2024
Rumıniyalı məşqçi Mirça Luçesku Braziliyada işləyə bilər.
Corner.az xəbər verir ki, bunu 74 yaşlı mütəxəssis Rumıniya mətbuatına açıqlamasında söyləyib. Təcrübəli məşqçi, A Seriyasında mübarizə aparan “Santos”dan rəsmi təklif aldığını deyib:
“Hələ bir qərar verməmişəm. Yeni ildən sonra onlarla danışacağam. Başqa maraqlı təkliflərim də var” - deyə o qeyd edib.
Qeyd edək ki, Luçesku son olaraq Türkiyə millisini (2017-2019) çalışdırıb.