- Transfer
- 15:17 11.03.2026
"Liverpul" "Zalsburq"un futbolçusu Takumi Minaminonu transfer edib.
Corner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı hücumçunun yanvarın 1-i-qış transfer pəncərəsi açıldıqdan sonra "Liverpul"a keçəcəyi bildirilib. Müqavilənin detalları barədə məlumat verilməyib.
Britaniya mətbuatı isə yaponiyalı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanacağını yazıb. Bu transfer üçün 8.5 milyon avro təzminat ödəniləcəyi iddia olunub.
Qeyd edək ki, T.Minamino yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.