- Transfer
- 18:38 24.11.2024
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Fənərbaxça" növbəti dəfə onu heyətinə qatmaq niyyətindədi.
İstanbul təmsilçisi 31 yaşlı futbolçunu yanvarda icarəyə götürmək istəyir. Hətta bununla bağlı klublar arasında danışıqlara start verilib. Əvvəllər "Liverpul" və "Tottenhem"də çalışmış "Fənərbaxça"nın idman direktoru Damyen Komolli hazırda danışıqlar üçün Londona gedib. Bu həftə ərzində razılığın əldə olunması gözlənilir.
Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.