"İnter”in sabiq futbolçusu Deyan Stankoviçin yeni iş yeri müəyyənləşib.
Corner.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçu “Srvena Zvezda”nı çalışdıracaq.
Bu barədə İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb. Məlumatda, Stankoviçin şənbə günü yeni klubuyla rəsmi müqavilə imzalayacağı bildirilir.
“Srvena Zvezda” ilə 2,5 illik müqavilə bağlayacaq Stankoviç, mövsümə 400 min avro məvacib alacaq.
42 dəfə Serbiya millisində çıxış edən keçmiş yarımmüdafiəçi, 2004-2013-cü illər aralığında “İnter”də çıxış edib. Stankoviç 2014/15 mövsümündə “Udineze”də məşqçi kimi işləyib.