6 dekabr 2025. Şənbə

Zirə'dən daha bir transfer


  • Transfer
  • 21:11 21.12.2019
  • Oxunma sayı: 438
Zirə'dən daha bir transfer

"Zirə" növbəti transferini reallaşdırıb.

Corner.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbərinə görə, Bakı təmsilçisi bu gün "Qəbələ"dən ayrılan gürcüstanlı futbolçu Davit Volkovla müqavilə imzalayıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdır.

Qeyd edək ki, Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tiflis), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klubunda çıxış edib.







Transfer