12 may 2026. Çərşənbə axşamı

Silvanın yeni klubu məlum oldu


  • Transfer
  • 11:18 23.12.2019
  • Oxunma sayı: 465
Silvanın yeni klubu məlum oldu
Ölkəmizdə “Neftçi”, “Xəzər Lənkəran” və “Keşlə”də oynamış Denis Silvanın yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

33 yaşlı futbolçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano"a keçib.  Məlumatı klubun rəsmi saytı yayıb.

Denis Silva keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: "Demək olar ki, 11 il idi ölkəmdən uzaq idim. Böyük hesab etdiyim klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdir. Burada öyrəşdiyim futboldan fərqli oyun ortaya qoyacam. Sürətliyəm, fiziki gücüm yerindədir, müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. Komandama kömək etmək üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Denis Silva Kruz bu ilin yayında “Keşlə”dən ayrıldıqdan sonra  klubsuz idi.





Transfer