2 iyul 2026. Cümə axşamı

Hücumçu almayacağıq - Zidan


  • Transfer
  • 12:58 23.12.2019
  • Oxunma sayı: 476
Hücumçu almayacağıq - Zidan

"Real" qış transfer dönəmində hücumçu almayacaq.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunu "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan bildirib.

Fransalı mütəxəssis hücumçularından razı qaldığını söyləyib: "Yanvar ayında hücumçu alacağıq? Xeyr. Qış "transfer pəncərəsi"ndə başqa futbolçunun alınmasına ehtiyac duymuram. Çempionatda liderdən geri qalmağımız məni əsəbiləşdirir. Ancaq futbolçularımı günahlandıra bilmərəm. Komandanın inkişafından məmnunam. Ağır başlanğıc gördük, ancaq mövsüm ərzində yaxşılaşmağı bacardıq".

Qeyd edək ki, La Liqada 18 turdan sonra "Barselona" 39 xalla liderlik edir, "Real"ın isə 37 xal var.







Transfer