- Transfer
- 21:34 16.12.2025
"Qarabağ"ın futbolçusu Riçard Almeyda Ağdam klubundan ayrılıb.
Corner.az xəbər verir ki, bu barədə millimizin futbolçusu Qazaxıstanın sports.kz saytına müsahibəsində deyib: "Qarabağ"dan ayrılıram".
O, "Astana"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: "Biz "Astana" ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub".
30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: "Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur".
Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi yanvarın 1-i başa çatır.