Son illərdə futbolçuların böyük ölçüdə axın etdiyi Çində legionerlərin qazancına limit tətbiq olunur.
Corner.az xəbər verir ki, bu barədə Çin Futbol Federasiyası məlumat yayıb.
Bundan sonra Çində əcnəbi futbolçuların illik qazancı 3 milyon avrodan çox olmayacaq. Bu, vergilər çıxılandan sonra nəzərdə tutulan məbləğdi.Əlavə olaraq meydanda yalnız 4 əcnəbi futbolçu olacaq.
Federasiya yerli futbolçular üçün də limit tətbiq edib. Çinin öz futbolçularının illik qazancı isə 10 milyon yuandan (təxminən 1,29 milyon avro) çox olmayacaq.
Yeni qaydalar 2019-cu ilin noyabrın 20-dən sonra bağlanan müqavilələrə aiddi. Ondan əvvəl imzalanmış müqavilələrə isə əvvəlki qaydada davam edəcək.
Əcnəbi futbolçularda isə 2020-ci ilin 1 yanvar tarixindən sonrakı müqavilələr yeni qaydalarla tərtib olunacaq.