6 dekabr 2025. Şənbə

Prosineçkiyə Türkiyədən təklif


  • Transfer
  • 11:27 27.12.2019
  • Oxunma sayı: 504
Prosineçkiyə Türkiyədən təklif

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyədə çalışa bilər.

Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Superliqadakı uğursuz nəticələrə görə Bülənt Uyqunla yollarını ayıran "Kayserispor" xorvatiyalı mütəxəssislə danışıqlara başlayıb. Xəbərdə, "Kayserispor" rəhbərliyi 2012-13 mövsümündə bu komandada uğurlu işi ilə diqqət çəkən Prosineçkinin kollektivi düşdüyü durumdan çıxara biləcəyini düşünür.

Qeyd edək ki, Robert Prosineçki son iş yeri Bosniya və Herseqovina yığması olub.







Transfer