6 dekabr 2025. Şənbə

Sabah Xorvatiya klubundan futbolçu aldı


  • Transfer
  • 13:14 29.12.2019
  • Oxunma sayı: 487
Sabah Xorvatiya klubundan futbolçu aldı

"Sabah" klubu Xorvatiya "Qoritsa"sının futbolçusu Mario Marinanı transfer edib.

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 30 yaşlı bosniya və herseqovinalı futbolçu 3,5 ildir şərəfini qoruduğu komandanı tərk edərək Azərbaycan klubuna keçir.

Bosniya və herseqovinalı futbolçu "Sabah"da xorvatiyalı baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında çıxış edəcək. 







Transfer