- Transfer
- 18:38 24.11.2024
“Sabah” klubunun yeni transferi Mario Marina üçün ödədiyi məbləğ müəyyənləşib.
Corner.az-ın “Jutarnji List” portalına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 1,5 illik müqavilə bağladığı 30 yaşlı dayaq yarımmüdafiəçi üçün Xorvatiyanın “Qoritsa” klubuna 100 min avro verib. O, “Sabah”ın yeni baş məşqçisi – xorvatiyalı Jelko Sopiçin istəyi ilə transfer olunub.
“Qoritsa” klubunun idman direktoru Mindauqas Nikoliçyus keçidin 2 gün içində reallaşdığını bildirib: “Marionun 30 yaşı var. Bu təklif onun xaricdə ciddi pul qazanması üçün sonuncu şans idi. Ona əngəl törətmək istəmədik. Ancaq biz də transferdən pul qazandıq”.
Qeyd edək ki, Mario Marina Bosniya və Herseqovinada doğulsa da, həm də Xorvatiya vətəndaşıdır.(report)