- Transfer
- 23:33 20.04.2026
"Yuventus" futbolçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.
Corner.az-ın İtaliya mətbuatına istinadən xəbərinə görə, klub rəhbərliyi 34 yaşlı hücumçunun çıxışından razıdır. Portuqaliyalı futbolçunun Turin təmsilçisi ilə hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır. Həmin vaxt Ronaldonun 35 yaşı tamam olacaq. Xəbərdə o da qeyd olunub ki, bu yaş həddi rəhbərliyi narahat etmir.
Qeyd edək ki, Ronaldo 40 yaşına kimi oynamaq istədiyini açıqlayıb.(qol)