- Transfer
- 23:33 20.04.2026
“Gənclərbirliyi” "Barselona"nın B komandasının futbolçusu Mike van Beyneni transfer edib.
Corner.az-ın klubun saytına istinadən xəbərinə görə, 20 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. Bu transfer üçün Superliqa klubu heç bir təzminat ödəməyib.
Qeyd edək ki, Van Beynen daha öncə Hollandiyada “Villem II” və “NAK Breda” klublarında da oynayıb.