2 oktyabr 2026. Cümə

Roma Milan'ın hücumçusunu istəyir


  • Transfer
  • 14:33 01.01.2020
  • Oxunma sayı: 485
Roma Milan'ın hücumçusunu istəyir

 “Milan”ın hücumçusu Kşiştof Pyentek karyerasını “Roma”da davam etdirə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə jurnalist Nikola Şira öz “Twitter” hesabında paylaşım edib.

'Roma”nın polşalı futbolçunu qışda icarəyə götürə biləcəyi barədə məlumat verilmişdi. Lakin, o, “Cenoa”ya qayıtmaq istəyir.

Qeyd edək ki, Pyentek, bu mövsüm İtaliya A Seriyasında 17 oyunda meydana çıxıb, 4 qol vurub.







Transfer