- Transfer
- 23:33 20.04.2026
"Qalatasaray” qış transfer pəncərəsində ilk transferini etməyə yaxındır.
Corner.az xəbər verir ki, "sarı-qırmızı"lar “Leyptsiq”dən Marselo Saraççini heyətinə qatmaq üzrədir.
Bundesliqa təmsilçisinin idman direktoru Markus Kröşe Almaniya mətbuatına açıqlamasında məlumatı təsdiqləyib: “Saraççinin “Qalatasaray”a keçidi tamamlanmaq üzrədir. Sadəcə, sənəd işləri qalıb”.
Qeyd edək ki, uruqvaylı müdafiəçinin İstanbul klubunda icarə əsasında oynayacağı gözlənilir.(qol)