- Transfer
- 21:06 17.12.2025
"Atalanta"nın futbolçusu Deyan Kulusevski "Yuventus"a keçməyə çox yaxındır.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu gün Turinə gedərək tibbi müayinədən keçib. İsveçli futbolçunun yeni klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilir.
"Yuventus" Kulusevski üçün 35 milyon avro ödəyəcək. "Atalanta" futbolçunun performansına görə əlavə 9 milyon da ala bilər.
Qeyd edək ki, Deyan Kulusevski hazırda icarə əsasında "Parma"da çıxış edir.