- Transfer
- 21:06 17.12.2025
"Liverpul"un baş məşqçisi Yurqen Klopp qış transfer planları haqqında danışıb.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis çox futbolçu almağın çətin olduğunu deyib: "Düşünürəm ki, hər il bu məsələdə məndən nəsə soruşanda eyni vəziyyət yaranır. "Mərkəz müdafiəçisi alacaqsınız?” Əvvəl hə, iki həftə sonra isə yox cavabı verirəm. Transfer pəncərəsində o qədər də aktiv olmaya bilərik. Görəcəyik. Amma çox futbolçu almaq çətin olacaq".
Qeyd edək ki, "mersesaydlılar" qış transfer pəncərəsində ilk transferlərini ediblər. Premyer Liqa təmsilçisi Takumi Minaminonu 7 milyon 250 min avro qarşılığında "Zalsburq"dan alıb.(qol)