12 mart 2026. Cümə axşamı

Borussiya Dortmund'dan Fənərbaxça'ya


  • Transfer
  • 00:54 03.01.2020
  • Oxunma sayı: 522
Borussiya Dortmund'dan Fənərbaxça'ya
Türkiyənin “Fənərbaxça” klubunda məşqçi dəyişikliyi baş verib.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçılar üzrə məşqçisi Alper Boğuşlu ilə yollarını ayırıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ayrılığın səbəbi açıqlanmasa da, Boğuşluya xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
 
“Fənərbaxça” həmin posta yeni məşqçini də açıqlayıb. Klubun rəsmi saytının məlumatına görə, bundan sonra İstanbul təmsilçisinin əsas komandasının qapıçılar üzrə məşqçisi Marko Knoop olacaq. Almaniyalı mütəxəssisin son iş yeri “Borussiya Dortmund”un ikinci komandası olub. O, daha öncə “Leyptsiq” və “Boxum”da da çalışıb.






Transfer