Argentina millisinin sabiq müdafiəçisi Emiliano İnsuanın yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu MLS təmsilçisi “Los Anceles Qalaksi”yə transfer olunub.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma müqavilənin detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, “Boka Xuniors”un yetirməsi olan sol cinah müdafiəçisi karyerası ərzində “Liverpul”, “Qalatasaray”, “Sportinq”, “Atletiko” (Madrid), “Rayo Valyekano” və “Ştutqart” klublarında oynayıb. O, bu mövsüm “Ştutqart”ın heyətində Bundesliqada 6 matçda çıxış edib.