12 mart 2026. Cümə axşamı

Robinyo İran klubuna keçir?


  • Transfer
  • 10:37 04.01.2020
  • Oxunma sayı: 488
Robinyo İran klubuna keçir?

“Başakşəhər”in hücumçusu Robinyo karyerasını İranda davam etdirə bilər.

Corner.az-ın məlumatına görə, “İstiqlal” klubu braziliyalı futbolçunu transfer etməyə yaxındır. İki klub arasında hazırda davam edən danışıqlar müsbət bitərsə, 35 yaşlı hücumçunun İran təmsilçisinə keçidi gerçəkləşəcək.

Qeyd edək ki, Sivassporda da çıxış edən Robinyo vaxtilə “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda oynayıb.







Transfer