6 dekabr 2025. Şənbə

Kroyf Ekvador millisinin baş məşqçisi oldu


  • Transfer
  • 13:11 04.01.2020
  • Oxunma sayı: 414
Kroyf Ekvador millisinin baş məşqçisi oldu

Ekvador millisinin yeni baş məşqçisi bəlli olub

Corner.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, yığma Hollandiya futbolunun əfsanəsi Yohan Kroyfun oğlu Yordi Kroyfa tapşırılıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. 

O, yeni vəzifədə debüt matçını martın 26-da Argentina millisinə qarşı keçirəcək. Yayda isə Ekvador millisi Amerika Kubokunda iştirak edəcək. 

Qeyd edək ki, Y.Kroyfun son iş yeri Çinin "Çuntsin Lifan" klubu  olub. 







Transfer