“Trabzonspor” klubu heyətinə yeni futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Stok Siti”nin yarımmüdafiəçisi Badu Ndiayeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Trabzonspor” Ndiayeni satınalma maddəsi ilə mövsümün sonunadək icarəyə götürüb.
“Trabzonspor” bu transfer üçün qarşı tərəfə 150 min funt-sterlinq, futbolçunun menecerinə isə 100 min avro ödəyib. Ndiayenin özü isə 1 milyon avro qazanacaq.
Qeyd edək ki, seneqallı futbolçu “Stok Siti”yə 2018-ci ildə “Qalatasaray”dan keçib.