- Transfer
- 18:38 24.11.2024
İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniyanın "Tabor" klubunun baş məşqçisi olub.
Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə imzalanıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.
Qeyd edək ki, italiyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika "Kafetaleros"u olub.
Əlavə edək ki, "Tabor" Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci pillədə qərarlaşıb.